Misli Premyer Liqasında 8-ci tur davam edir.
Omnisport.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu, “Sabah” isə 16 xalla 2-ci pillədə qərarlaşıb.
Daha sonra “Neftçi” “Qarabağ"ın qonağı olacaq.Hazırda hər iki komandanın 16 xalı var. “Ağ-qaralar” qol fərqinə görə birinci,”mavi-ağlar” isə üçüncü yeri tutur.
Misli Premyer Liqası
VIII tur
17 oktyabr (şənbə)
16:00. “Qəbələ” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” - “Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
